На семнадцати языках. Переводы произведений Ахадова - стр. 23
O, yazdığı essedə SSRI-yə səfərini belə şərh edir: «22400000 kv km-də koka-kolanın bir reklamına belə rast gəlinmədi.»
1957-ci ilin dekabrında Qarsia Markes «El Momento» qəzetində işləmək təklifi aldığından, Venesuelanın paytaxtı Karakas şəhərinə köçür. Amma, Qarsia Markes 1958-ci ilin martından bir müddətə yenə Kolumbiyaya qayıdır, Mersedes Barça ilə evlənir və onunla birlikdə yenidən Karakas şəhərinə öz işinə qayıdır.
Mixail Jvanetski deyərdi: «Sənin arxanca gülsələr eybi yox, başın üstündə ağlamasınlar.» Әlbəttə o, haqlı idi. Şairlərin qeyri-adi davranışına tez-tez gülənlər olur, amma hətta Әfqanıstan müharibəsi zamanı mücahidlər arasında şairləri öldürmək günah sayılırdı, hətta qəddar Kolumbiya quldurları da şairlərə toxunmurdular. 2004-cü ildə Kolumbiyada Medelində keçirilən poeziya festivalında Rus Şairi Demyan Kudryavtsev də iştirak etmişdi. Bu haqda o yazırdı: «Festivalı „Prometeo“ jurnal, almanaxının banisi Fernando Rondon ərsəyə gətirmişdi. O, bunu axşamlar saat altıdan sonra küçəyə çıxmaq mümkün olmayan, ikinci özbaşınalıq dövrü kimi qorxunc bir zamanda həyata keçirməyi düşünmüşdü. O da bir çox başqaları kimi „incəsənətin“– sülhə gətirən ən yaxşı yol olduğunu düşünürdü… On il bundan öncə şəhərdə sözün əsl mənasında dava gedirdi… Şəhəri quldurlar, partizanlar, sağ hərbçilər və s. idarə edirdilər. Festivalın təşkilatçıları arasında hər birinin ailəsində zərərçəkmişlər, həlak olmuşlar, yaralanmışlar var idi. Amma, bu on dörd ildə festival iştirakçılarından heç kim zərər çəkmədi».