На семнадцати языках. Переводы произведений Ахадова - стр. 20
1992-ci ildə o, Qazaxstan yazıçılar Ittifaqına özünün ilk poetik toplusunu gətirir. O, həyəcan içində dahi Oljas Suleymenovla görüşü və onun rəyini gözləyirdi. Amma, bu görüş ona yalnız 25 ildən sonra nəsib oldu. 2017-ci ildə Marqarita Al, Oljas Omaroviç Suleymenovla nəinki görüşdü, hətta, Umümrusiya Әdəbiyyat Festivallarının Festivalı LiFFt-in sədri, təşkilatçısı və müəllifi kimi ona Moskvada Mərkəzi Әdəbiyyatçılar binasının zalında festivalın qızıl medalını və «Avrasiyanın birinci şairi şairi» diplomunu təqdim etdi. Oljas Omaroviç isə gülümsəyərək dedi: «Indi ədəbiyyatın həqiqətən böhran yaşadığı, keçid dövründə belə festivalları, ədəbiyyatın problemlərinin həlli üçün narahat olan insanların yığıncaqlarını yazmaq, dinləmək görmək mədəniyyəti kimi ümumiyyətlə dəstəkləyirəm… Baş verənlərə nəzər saldıqda ötən vaxtları xatırlayıram. Keçən əsrin 20-ci illərində də ədəbiyyat belə anları yaşamışdı. O vaxtlar da eksersisləri xatırladan belə bir hərəkat olmuşdu. Bunlara baxmayaraq 20-ci illərdə dahi bir ədəbiyyat yetişdi. Әdəbiyyat tarixini qrafiki göstərsək, o, ürəyin kardioqrammasına bənzəyər, enməsi də var, yüksəlişi də… Odur ki sizin LiFFt yüksəlişi xatırladır. Təki belə LiFFt-lərdən çox yaradılsın, gənclər cəlb olunsunlar. Söz incəsənəti çox lazımlı incəsənətdir…»
Bax buna xasiyyət deyərəm! Belə bir xasiyyətə malik olan qadını əlbəttə, Moskva gözləyirdi! Axır ki, gəlib çıxdı. SSRI parçalandıqdan sonra Marqarita Al Moskvaya köçdü. O, burada Poeziya və Fəlsəfə Akademiyasına qəbul oldu. Fakultələrdən birinin dekanı ədəbiyyatda metametaforik cərəyanın banisi, cırcıramaları könnüllü mühafizə cəmiyyətinin (DOOS) təşkilatçısı Konstantin Aleksandroviç Kedrov özü idi. Təhsil ərəfəsində «Poetik performans» adlanan yabanı sözlər fəzasını mənimsədi. Marqarita Alın poeziyası ilə tanış olan, müasir incəsənətə dəyər verən hər kəs mətnin fəlsəfi istiqamətləndirilməsinə və sözün görüntülü təsvirinə ilk növbədə diqqət yetirirlər. O, kiçik mətnlərlə gördüyü işlərin həcminə görə hamının diqqətini cəlb etdi. 2004-cü ildən 2014-cü ilə qədər o, Moskvada bir neçə sərgidə öz şəxsi sərgisini keçirmişdir. (50-dən çox yaradıcılıq işi: «Dəmır adamın misteriyası», «Başqa adamlar», «V. Xlebnikovun ulduz əlifbası», " Pavel Çelışevin mələkləri», " Insan insaydautu», " Dördüncü ölçü», «Әbədiyyət saatı»). O, V.V.Mayakovski adına Dövlət muzeyində» Kuboşar» və» Kruçe kruçennıx» performanslarının müəllifidir. O, Taqanka Teatrında keçirilən Konstantin Aleksandroviç Kedrovun yaradıcılıq axşamının səhnə tərtibatçısı olmuşdur. O, «Ayna paravoz» və «Әbədiyyət saatı» kimi art-obyektlərin, «Rus avanqardının 100 illiyi» layihələrinin müəllifidir. Onun «Mənim qardaşım Zaratustra» adlı ilk poetik toplusu şair, fəlsəfə elmlər doktoru K.A.Kedrovla birgə «Inkarın təsdiqi» kitabına daxil edilib… Amma, ən böyük və dəyərli performans, piramida qaydası ilə qurulmuş LiFFt Beynəlxalq Әdəbiyyat layihəsidir.