Размер шрифта
-
+

На семнадцати языках. Переводы произведений Ахадова - стр. 22

– Rusiya, «Avrasiya» və MDB dövlətlərində yazıçılar və oxucular arasında dostluq və yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi; -Rusiya, MDB, Avrasiya yekdil ədəbiyyat məkanının yaradılması;

– Çoxmillətli Rusiyada festival hərəkatının birləşdirilməsi, Rusiya və dünya xalqları mədəniyyətinin qarşılıqlı inkişafına kömək; -mütəxəssislər arasında əlaqələrin genişlənməsi, ədəbiyyat festivallarının və forumlarının təşkilində qabaqcıl təcrübənin təbliği…

Cəmi bir ilə ilk Ümumrusiya Әdəbiyyat Festivalı həyata keçirildi. 2017-ci ildən isə o, Avrasiya festivalına çevrildi. Yenə də ardıcıllığa nəzər salsaq:– Birinci Ümumrusiya və Avrasiya Әdəbiyyat Festivallarının festivalı-27-30 may 2016, Aluşta şəhəri; -Ikinci Avrasiya və Ümymrusiya Әdəbiyyat Festivallarının Festivalı-26-30 may 2017, Moskva şəhəri; -Ücüncü Avrasita və Ümumrusiya Әdəbiyyat Festivallarının Festivalı, 24—28 may 2018, Soçi şəhəri; -Dördüncü Ümumrusiya ədəbiyyat Festivallarının Festivalı, 26—29 iyul 2019, Tümen şəhəri…

Ildən-ilə layihənin əhatə dairəsi daha da genişlənir.

Dördüncü Avrasiya ədəbiyyat Festivalları Festivalı daha Rusiyada deyil, 2019-cu ilin 30 sentyabrından 3 oktyabra qədər Azərbaycanda keçiriləcək.

Qonaq qismində festivala bütün dünyanın tanınmış şair və yazıçıları təşrif gətirəcəklər!

Bakıya Çindən, Koreyadan, Hindistandan, Indoneziyadan, Israildən, Avropadan, Afrikadan, Şimali və Cənubi Amerikadan, hətta Avstraliyadan da tanınmış ədəbiyyat xadimləri gələcəklər.

Onların arasında ədəbi tədbirlərin keçirilməsində misli, bərabəri olmayan bir kolumbiyalı da olacaq- məşhur Kolumbiya şairi, redaktoru və jurnalisti Luis Fernando Rendon Merino. O, 1991-ci ildən təsis olunmuş Medelin (Kolumbiya) Beynəlxalq poetik festivalın yaradıldığı gündən onun rəhbəri və direktorudur. Medelinə və Kolumbiyanın başqa şəhərlərinə bütün dünyadan, keçən ərəfədə min beş yüzdən çox şair və yazıçı təşrif buyurmuşdur. Amma insanı məəttəl qoyan başqasıdır: Kolumbiyada şairlərin çıxışı çoxminlik auditoriya toplayır! Insanlara poeziya lazımdır! Hava kimi lazımdır! Heç nəyə məhəl qoymadan! Heyranedici ölkədir!

Qabriel Xose de la Konkordiya «Qabo» Qarsia Markes Kolumbiya yazıçısı, jurnalisti, naşiri və siyasi xadimidir. O, «Sehrli realizm» ədəbi cərəyanının təmsilçisi, ədəbiyyat sahəsində «Neyştadt» mükafatının laureatıdır. 1957-ci ildə 30 yaşlı kolumbiyalı Qarsia Markes Sovet Ittifaqında, Moskva tələbələr və gənclər festivalında iştirak etmişdir. (O, dəvət olunmasa da oxumaq, rəqs etmək, gitara və zərb alətlərində ifa etməyi bacardığına görə Leypsiq şəhərində Kolumbiya folklor ansamblından olan yerlilərinə qoşularaq SSRI- ə gəlir).

Страница 22