Размер шрифта
-
+

На семнадцати языках. Переводы произведений Ахадова - стр. 21

Hadisələrin xronologiyasına nəzər salsaq, Marqarita Al öz Moskva həyatını 20—21 əsrlərdə bir-biri ilə fiziki olaraq kəsişsələr də, yenə üç şərti mərhələyə bölür… Birinci mərhələ- onun Xlebnikov, Mayakovski, Elyuar, Eynşteyn, Salvador Dali, Maleviçin yaradıcılığından bəhrələnərək, Yeryomenko, Jdanov, Parşikovun metametaforik ədəbiyyatı cərəyanına

daxil olması; DOOS ədəbi-fəlsəfi cəmiyyətinə (Konstantin Kedrov, Henrix Sapqir, Andrey Voznesenski, Yelena Katsyuba və s.) qəbul olması və özünün poeziya və fəlsəfədə avanqard düşüncəsinin inkişafı mərhələsidir. Bu mərhələ «Poeziya və fəlsəfə Akademiyası"nda təhsillə birgə 2014-2015-ci illərə qədər davam edir; DOOS qrupuna üzvlüyə qəbul olunması (DOOS beynəlxalq avanqard festivalının laureatı), Marqaritanın yaradıcılığının görkəmli Rus avanqardı nümayəndələri tərəfindən tanınması, «Işi», «Drojal» və s. şerlər), Beynəlxalq Akademiyaya qəbul olunması («Otmetina Davida Burlyuka» Beynəlxalq mükafatı laureatı); Ixtisaslı rəssamlar ittifaqına qəbul olunması və s.

Ikinci mərhələ-performans təzahürünün və öz platformasının yaranmasıdır. Bu Marqarita Alın öz bədii və poetik perfopmanslarıdır. Bu əvvəlcə ölkədə, sonralar Avrasiyada və nəhayət, beynəlxalq səviyyədə jurnallar, kütləvi performans -festivallar, ədəbiyyat sahəsində birləşdirmək fəlsəfəsidir. Bu mərhələ təxminən 2015-ci ildən başlayır və bu gün də davam edir. Al yeni ideyaların təşkilatçısına və generatoruna çevrilir; O, Yuneskonun təsis etdiyi Ümumdünya Poeziya gününün təşkilatçısıdır; O, «DOOS» və «LiFFt» nəşriyyatlarına başçılıq edir, «Şairlər» avanqard jurnalının təsisçisi, naşiri və baş redaktorun müavinidir; Rusiyanın 20 bölgəsinin «LiFFt» ədəbi jurnallarını və 89 bölgəni təmsil edən ədəbi «LiFFt» jurnalının baş redaktorudur; Dünyanın 26 dilində çap olunmuş «Müasir Avrasiya yazıçıları» antologiyasının birinci cildinin tərtibatçısı və naşiridir; hər il keçirilən DOOS -beynəlxalq avanqard poeziya festivalının təşkilatçısıdır; hər il keçirilən LiFFt beynəlxalq ədəbiyyat festivalının təsisçisi və təşkilatçısıdır; SPIÇ yazıçılar və oxucular Ittifaqının prezidentidir; Avrasiya xalqları ədəbiyyat Asambleyası Şurasının sədridir; Rusiya xalqları ədəbiyyat Asambleyası Komitəsinin sədridir; Rusiya PEN-mərkəzin üzvüdür.

Üçüncü mərhələnin başlanğıcı indiki dövrdə cərəyan edir: Bu dünyada beynəlxalq səviyyəyə çıxmaqdan ibarətdir…

2015-ci ildə Marqarita Al təqdirəlayiq yaradıcılıq təşəbbüsünün müəllifi oldu: O, Rusiya və Avrasiya məkanında bir il müddətinə özünə geniş yer tutmuş maarifləndirici layihəni irəli sürdü. Bu layihənin məqsədi və qarşıya qoyulan məsələlər aşağıdakılardan ibarət idi:

Страница 21