На семнадцати языках. Переводы произведений Ахадова - стр. 11
O vaxtlar çox həyacanlı, özbaşınalığın hökm sürdüyü doxsanıncı illər idi. Odur ki, bir dəfə mənim milliyətcə rus olan həyat yoldaşım belə məsləhət verdi:-«Sənin bu „oqlı“ nəyinə lazımdır? Onsuz da sən Rusiyada yaşayırsan, rusca danışırsan, rusca düşünürsən. Get, pasportstola, atanın adını dəyişdir. Nə olar ki?.. Rüsumu ödəyərsən, rejissor Ryazanov kimi Aleksandroviç və yaxud Alekseyeviç olarsan. Nə fərqi var? Bizim uşaqları da məktəbdə yoldaşları lağa qoymazlar.» Bir xeyli düşündüm. Atamın, anamın, bacılarımın şəkillərini saxladığım zərfi çıxartdım. Bu vaxt zərfin içindən şəkillərlə birgə doxsanıncı ilin yanvar ayında çıxmış köhnə «Bakı» qəzeti çıxdı. Qəzetdə dəniz sahilində saysız-hesabsız insan dənizi ilə örtülmüş şəhər meydanı göstərilib…
Şəhərdə komendant saatı hökm sürür. Küçələrdə tanklar, bronetransportyorlar, pulemyotlar, minlərlə silahlı əsgərlər. Üç nəfərdən artıq bir yerə yığışmaq qadağandır. Amma, xalq meydana çıxdı. Xalq nə ölümdən, nə də həbslərdən qorxmadı. Bir vaxtlar şair Qaliç oxuyardı:
Məhz, alaylar həqiqətən dayanıb əmri gözləyirdilər. Meydanın üstündə hərbi vertolyotlar dövrə vürurdular. Bütün bunlara baxmayaraq, sadə, silahsız insanlar-bakılılar və başqa bölgələrdən gələnlər bu meydana axışıb gəlirdilər. Onları heç kim dayandıra bilməzdi! Heç bir əsgər, heç bir pulemyot, heç bir tank. Onlar 20 yanvar gecəsi əsgərlər tərəfindən öldürülmüş övladlarını dəfn etməyə gəlirdilər. Şəkildə görünən uzunsov düzbucaqlar həlak olmuş şəhidlərin cənazələridir. Mən onların adlarını bilmirəm. Yüzlərlə öldürülmüş cavanlar, yaşlılar, yeniyetmələr, qızlar, uşaqlar, qocalar…
Onların hər birinin adı var idi, soyadı var idi, atasının adı var idi. Onların atalarının adlarının nə olduğunu bilmirəm, amma, ondan sonra gələn sözü harda olsam unutmaram və unuda da bilmərəm.
Mən – oğluyam! Mən atamın və anamın oğluyam. Belə olub və belə də olacaq. Mənim yoluma kim çıxırsa çıxsın – nasistlər, skinxedlər, başıqırxıqlar, fərqi yoxdur. Mən Bakıda necə doğulmuşamsa, elə də qalacam!
Ruscadan tərcümə Әlviz Әliyev
Мамина долма
Самое вкусное в мире блюдо – это мамина долма. Поскольку ни повторить, ни, тем более, превзойти его никому никогда не удастся, ибо для его приготовления нужны руки и душа моей мамы, то перейдём к долме обыкновенной, которую могут приготовить все, даже я.
Что для этого нужно? Во-первых, виноградные листья. Не крупные и не мелкие, средние. Желательно свежие. Мама отправила мне такие в полулитровой пластмассовой бутылке, доверху набив её скрученными виноградными листьями и хорошенько закупорив. Теперь, чтобы их осторожно расправить, я складываю листья в небольшую кастрюлю и заливаю их горячей водой из чайника. Так они легче расправляются. Когда не сезон и нет под рукой свежих виноградных листьев, тогда можно использовать маринованные виноградные листья. Если у вас в городе есть базар, то там они непременно должны где-нибудь быть.